BAKI, 16 may. TELEQRAF

BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində AYNA və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, tədbirdə yol təhlükəsizliyi və mikromobilik vasitələrindən istifadə qaydaları, mikromobillik zolaqlarının əhəmiyyəti barədə məlumat verilib.

Məlumata görə, bu il ərzində kirayə verilən mikromobillik vasitələrindən 675.888 dəfə istifadə olunub və 1.895.000 kilometr məsafə qət edilib.

Əlavə olaraq, tədbir çərçivəsində “Apar” velosiped kirayəsi xidməti tərəfindən iştirakçılar üçün təhlükəsiz velosiped sürmə və zolaqlardan düzgün istifadə qaydaları üzrə təlim keçirilib.