BAKI, 15 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respubliksında pərakəndə ticarət dövriyyəsi 447 milyon 129 min 500 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Ticarət şəbəkəsində 230 milyon 718 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 216 milyon 410 min 700 manatlıq qeyri-qida məhsulları satılıb.