BAKI, 15 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 39 milyon 825 min 70 ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 faiz, o cümlədən ixrac 3,3 faiz, idxal isə 15,9 faiz artıb.

Ticarət dövriyyəsinin 3 milyon 331 min 800 dollarını və ya 8,4 faizini ixrac olunmuş məhsulların, 36 milyon 493 min 270 dollarını və ya 91,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.