BAKI, 15 may. TELEQRAF
Aprelin 1-nə Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 28 milyon 125 min 800 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artıb.
Əmanətlərin 93,8 faizi milli, 6,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 88 faiz artıb.