BAKI, 15 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında dəniz yolu nəqliyyatı vasitəsilə 2 milyon 946 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.

Yüklərin 48,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 4 milyon 543,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 milyon 797,9 min tonunu və ya 83,6 faizini tranzit yüklər təşkil edib.

Bu il may ayının 1-nə olan vəziyyətə görə, limanlarda qalan yüklərin həcmi 193,1 min ton təşkil edib.

Yanvar-aprel aylarında hava nəqliyyatı ilə 130,1 min ton yük, dəmiryolu nəqliyyatı ilə 5 milyon 712,1 min ton yük, avtomobil nəqliyyatı ilə 45 milyon 28,3 min ton yük daşınıb.