2025-ci ildə qlobal yanacağa tələbat gündəlik 105 milyon barrelə çata bilər. Bu da gündəlik 1,3 milyon barel artım deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) may hesabatında bildirilir. Beləliklə, təşkilatın tələb artımı gözləntisi təxmini əvvəlki proqnozla eyni olub.
Sənədə əsasən, 2025-ci ildə qlobal neft tələbi sutkada 105 milyon barel, 2026-cı ildə isə 106,28 milyon barel təşkil edə bilər.
OPEC-in məlumatlarına görə, tələb artımının təxminən 1,2 milyon barreli Asiya ölkələrindən, o cümlədən Çin və Hindistandan, həmçinin Yaxın Şərq və Latın Amerikasından gələcək. Eyni vəziyyət 2026-cı ildə də müşahidə olunacaq.
Bununla yanaşı, OPEC 2025 və 2026-cı illərdə OPEC+a daxil olmayan ölkələrdən neft tədarükünün artması ilə bağlı proqnozunu sutkada 0,1 milyon barel azaldaraq, 0,8 milyon barelə endirib. Təşkilatın hesablamalarına görə, 2025-ci ildə bu göstərici, 54 milyon barel, 2026-cı ildə isə 54,81 milyon barel olacaq.