BAKI, 14 may. TELEQRAF
"Gəncə-Pivə" ATSC-nin mənfəət və ya zərərinin bölüşdürülməsi məsələsinə baxılacaq.
Teleqraf xəbər verir ki, iyunun 28-də saat 12-00 də "Gəncə-Pivə" Açıq Tipli Səhmdar Cəmiyyətində 2024-ci maliyyə ilinin yekunları üzrə səhmdarların növbəti Ümumi Yığıncağını kecirilməsi nəzərdə tutulur.
İclasda "Gəncə-Pivə" ATSC-nin İdarə heyətinin 2024-cü maliyyə ilinin yekunları barədə hesabatına, balans, mənfəət və zərər hesablarına baxılması, "Gəncə-Pivə" ATSC-nin Müşahidə şurası, İdarə heyətinin və Maliyyə-təftiş komissiyasının üzvlərinin təsdiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Fransanın "BGI" 1997-ci ildən "Gəncə-Pivə" ATSC-nin səhmlərinin 75 faizinə, "Bakı-Pivə" ASC-nin keçmiş Xırdalan pivə zavodu səhmlərinin isə 81 faizinə sahib olub.
Şirkətin nizamnamə kapitalı 131 min 202 manatdır. Qanunu təmsilçisi Məlikov Rafətdir.