BAKI, 12 may. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru cənab Gert Yan Koopman görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
Nazir bildirib ki, görüş zamanı Aİ - Azərbaycan əməkdaşlığının yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyətini vurğulanıb.