BAKI, 8 may. TELEQRAF
Bu ilin yanvar-aprel ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 201837 bilet əldə edilib.
Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ötən ilin ilk 4 ayı ərzində onlayn qaydada 97079 bilet əldə edilib.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 319 reys olmaqla 371 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.