BAKI, 23 dekabr. TELEQRAF

Bu ilin yanvar–oktyabr aylarında haqsız rəqabət və rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 65 qərar qəbul edilib.

Bu barədə Teleqraf-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, Agentlik tərəfindən 15 bazar subyekti tərəfindən aşkar edilmiş pozuntu halları könüllü şəkildə aradan qaldırılıb.