BAKI, 23 dekabr. TELEQRAF

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən energetika sahəsi üzrə 2 yeni dövlət standartı qəbul edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, sözügedən standartların qəbulu müəssisələrin enerji istifadəsi izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaq.

Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Energetika Nazirliyinin sədrlik etdiyi “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 46) tərəfindən təqdim edilib və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.