BAKI, 23 dekabr. TELEQRAF
2025-ci ilin fevral ayı üzrə tədarüklə qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troy unsiyası üçün 4 500 dollar həddini keçib.
Teleqraf xəbər verir ki, bu barədə Nyu-York Əmtəə Birjasının tərkibinə daxil olan "Comex" meydançasının məlumatlarında deyilir.
Bakı vaxtı ilə saat 04:13-ə olan məlumata görə, qiymətli metalın qiyməti 4 500,2 dollar (+2,57%) təşkil edib.
Saat 04:31-də isə qızılın qiymətində artım sürətlənib və bir troy unsiyası üçün 4 504,1 dollar (+2,66%) səviyyəsində ticarət olunub.