BAKI, 23 dekabr. TELEQRAF

Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bu dövrdə Orta Dəhliz sadəcə alternativ deyil, mərkəzi bir marşruta çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda Türkiyə-Azərbaycan İş Adamları va Senayeçiləri İctimai Birliyinin (TÜIB) sədri Hüseyn Büyükfırat deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan bu dəhlizin iki əsas sütunudur:

“Asiyanı Avropa ilə birləşdirən etibarlı və davamlı ticarət yolu artıq ərazimizdən keçir. Bu, təkcə iqtisadi üstünlük deyil, həm də yeni regional güc arxitekturasıdır.

Bu gün Şuşa, Füzuli və Zəngilanda ucaldılan hər bina, yol və hava limanı yeni Qafqaz nizamının təməl daşıdır. Türk daxili dünyası olaraq, bu prosesin bir hissəsi olmaqdan və qardaşlığa layiq şəkildə töhfə verməkdən son dərəcə qürur duyuruq. Zəngəzur Dəhlizi birlik və rifahın açarıdır. Şübhəsiz ki, bu yeni dövrün ən strateji addımı Zəngəzur Dəhlizidir. Bu dəhliz gerçəkləşdikdə, Türk dünyası onun iradəsi ilə qüsursuz şəkildə birləşəcək”.