BAKI, 22 dekabr. TELEQRAF

ABŞ-nin sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri getdikcə güclənir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumat yayıb. Bu iddianın sübutu olaraq agentlik Rusiya xam neftinin bir barelinin qiymətinin təxminən 34 dollara düşməsini qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya əleyhinə istənilən sanksiya Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması prosesinə zərər verəcək.