BAKI, 30 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Azərbaycandan ABŞ-yə cəmi 8 Azərbaycan vətəndaşı səfər edib.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 4 nəfər və ya 33,3 faiz azdır.

Bu şəxslərin 6 nəfəri işgüzar məqsədlə, 2 nəfəri isə qohumlara, dostlara baş çəkmək məqsədilə gedib.

ABŞ-də olduqları 45 gün ərzində Azərbaycan vətəndaşları 26,8 min manat xərcləyiblər.

Ümumiyyətlə, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,7 faiz azalaraq 468,9 min nəfər olub.