BAKI, 30 aprel. TELEQRAF

Ötən il hərraclarda satılan nəqliyyat vasitələrinin satış qiyməti 5,7 mln. manat olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, hesabat dövründə 210 nəqliyyat vasitəsinin satışı rəqabətli keçirilib.

Bununla da dövlət büdcəsinə əlavə olaraq 482,5 min manat vəsaitin köçürülməsinə imkan yaranıb.

Qeyd edək ki, adətən hərraclarda avtomobillərin qiyməti başlanğıc qiyməti 1200 manatdan başlayaraq 50 min manata qədər yüksəlir. Hərraclarda ümumilikdə 589 nəqliyyat vasitəsi satılıb.