BAKI, 30 aprel. TELEQRAF
Nazirlər Kabinetinin qərarına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
XX əsrin əvvəllərində inşa edilən və istifadəyə verilən bu bina dəmir yollarının tarixini əks etdirən nadir memarlıq nümunələrindən biri hesab olunur.
Qərara əsasən, bina tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizəyə götürülüb.