BAKI, 17 aprel. TELEQRAF
Bu ilin birinci rübündə ötən ilin uyğun dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 0,7 faiz azalaraq 468,9 min nəfər olub.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 24,1 faiz, Gürcüstana gedənlərin sayı 16,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 5,4 faiz, Rusiyaya gedənlərin sayı isə 25,3 faiz azalıb.
Azərbaycan vətəndaşlarının 36,5 faizi Türkiyəyə, 15,7 faizi Rusiyay, 11 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.