
BAKI, 14 aprel. TELEQRAF
Azərbaycan bu ilin yanvar-fevral aylarında da qızıl alışını davam etdirib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, Azərbaycan bu ilin ilk iki ayında 1,4 milyard dollar dəyərində 15 min 868.46 kq qızıl idxal edib.
Ölkələr üzrə qızıl idxalı: Özbəkistan 397.05 kq, Rusiya 3474.95 kq, ABŞ 261.14 kq, Avstraliya 2828.87 kq, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 1200.38 kq, Braziliya 896.79 kq, Cənubi Afrika Respublikası 100.48 kq, Çin 1173.72 kq, Çinin xüsusi inzibati rayonu Honkonq 159.25 kq, İsverçrə 344.21 kq, Kanada 966.58 kq, Meksika 2007.11 kq, Türkiyə 959.78 kq, Yaponiya 37.88 kq, Almaniya 1012.1 kq, İspaniya 48.16 kq.
Ötən il Azərbaycan 3 milyard 313 milyon dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.