
TBİLİSİ, 15 aprel. TELEQRAF
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və mühüm qonşusudur”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstan prezidentinin ilk rəsmi səfərinin Azərbaycana olmasının vacibliyini qeyd edib.
“Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək, qarşılıqlı əməkdaşlığın gündəliyində duran və strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq”, - nazir müavini söyləyib.