BAKI, 15 aprel. TELEQRAF

NATO-nun Baş katibi Mark Rutte çərşənbə axşamı Odessaya səfər edib. O, Ukraynaya dəstəyi davam etdirəcəyinə söz verib.

Teleqrfa xəbər verir ki, bu barədə o, "X"də məlumat verib.

"Bu gün mən Volodimir Zelenski ilə birlikdə Odessada oldum. NATO-nun dəstəyi sarsılmazdır. Alyans Ukraynaya yardımı davam etdirəcək", - deyə məlumatda qeyd olunub.