
BAKI, 30 mart. TELEQRAF
İran ABŞ Prezidenti Donald Trampa cavab məktubunda birbaşa danışıqlarda iştirak etməyi rədd edib, yalnız vasitəçi ilə danışıqlara açıq olduğunu bildirib.
Teleqraf xəbər verir ki, , bu barədə İranın Prezidenti Məsud Pezeşkian bildirib.
Qeyd edək ki, Tramp İranın Ali Rəhbəri Əli Xameneyiyə məktub göndərib. Məktubda Ağ Ev lideri, İranın nüvə silahı proqramı ilə bağlı müqaviləni müzakirə etmək istədiyini və bu mövzuda danışıqlar aparacaqlarına ümid etdiyini bildirib.