
BAKI, 23 mart. TELEQRAF
Ötən il Çin tərəfindən Azərbaycan iqtisadiyyatına 17 milyon 572 min dollar yönəldilib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, Çinin yatırımlarının Azərbaycana cəlb edilən investisiyalarda payı 0,2 faiz təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Çinin Azərbaycana investisiya qoyluşları 4 milyon 138 min dollar təşkil edib.