BAKI, 22 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 79 milyon 928,92 min ABŞ dolları dəyərində 73 981,63 ton qoz-fındıq və quru meyvələr ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə bu kateqoriyadan olan məhsulların ixracı ümumi ixracın 1,68 faizini təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən iki ayda edilən ixrac həcm baxımından2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,12 faiz çoxdur.

Xatırladaq ki, 2024-cü ildə qoz-fındıq və quru meyvələrin ixracı, ümumilikdə, 496 milyon 982,08 min ABŞ dolları dəyərində 456 316,32 ton təşkil edib.