
BAKI, 21 mart. TELEQRAF
2025-ci ilin yanvar ayında ixrac olunan məhsulların qiymət indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 104,0 faiz, yanvar ayı ilə müqayisədə isə 110,2 faiz təşkil edib.
Teleqraf xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi 2025-ci ilin yanvar ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə 100,3 faiz, yanvar ayı ilə müqayisədə 123,6 faiz təşkil edib.
Qeyd edək ki, hesabat dövründə idxal da bahalaşıb. 2025-ci ilin yanvarında idxal olunan məhsulların qiymət indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 101,1 faiz, yanvar ayı ilə müqayisədə isə 119,7 faiz təşkil edib.