BAKI, 21 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında mənzil tikintisinə 296,6 milyon manat investisiya qoyulub.

Dövlət Statistika Komitəsindən Teleqrafa verilən məlumata görə, bu rəqəm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb.

Ümumilikdə mənzil tikintisinə investisiyalar əsas kapitala yönəldilən vəsaitlərin 14,8%-ni təşkil edib.