
“Biz ilk növbədə Azərbaycanla danışıqlar aparırıq, çünki tədarükləri diversifikasiya etməyə çalışırıq. Lakin texniki problemlər var. Belə ki, Slovakiya Azərbaycandan svop qaz tədarükünün təşkili ilə bağlı çətinlik yaşayır".
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso bildirib.
Qeyd edək ki, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə yanaşı, Slovakiya Azərbaycan qazını alan on ikinci Avropa ölkəsidir. Rəsmi Bratislava ilə Azərbaycandan qazın tədarükü üçün sınaq müqaviləsi imzalanıb. Müqavilə Dövlət Neft Şirkəti və Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan "Slovak Gas Industry", eləcə də "BP", “ExxonMobil”, “Shell”, “Eni” və "RWE" ilə bağlanıb.