
BAKI, 20 mart. TELEQRAF
Bu ilin yanvarında büdcə xərclərində müdafiə və milli təhlükəsizliyə ayrılan vəsait üstünlük təşkil edib. Belə ki, bu istiqamətdə 681,8 milyon manat xərclənib. Sosial müdafiə və sosial təminat xərcləri 363,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, büdcədən təhsilə 257,4 milyon manat, kənd təsərrüfatına 224,3 milyon manat, ümumi dövlət xidmətləri 277,5 milyon manat xərclənib.
Beləliklə, büdcədən xərclənən 2 milyard 339,6 milyon manatın 29,1 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 15,5 faizi sosial müdafiə və sosial təminatın, 11,9 faizi ümumi dövlət xidmətlərinin, 11,2 faizi təhsil və səhiyyənin, 6,2 faizi iqtisadi fəaliyyətin, 26,1 faizi isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.