BAKI, 20 mart. TELEQRAF

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra lirənin dollar və avroya qarşı ucuzlaması, eləcə də birjalardakı dalğalanma beynəlxalq maliyyə qurumlarının proqnozlarını yeniləmələrinə səbəb olub.

Teleqraf xəbər verir ki, HSBC Türkiyədə dollarlaşma və inflyasiya riskinin artdığı açıqlayıb.

HSBC-nin strateqləri ilin sonuna doğru dollar/lirə məzənnəsində kəskin yüksəliş gözlədiklərini bəyan ediblər.

Hesabatda qeyd edilib ki, əgər bundan əvvəl ilin sonunda dollar lirə məzənnəsinin 41-43 lirə təşkil edəcəyi gözlənilirdisə, artıq bu yöndə risklər artıb.

"JP Morgan" da Türkiyənin 2025-ci il üzrə inflyasiya proqnozunu yüksəldib. Qurum ilin sonuna inflyasiya gözləntisini 27,2 faizdən 29,5 faizə qaldırıb.