
TBİLİSİ, 19 mart. TELEQRAF
Ötən ay Azərbaycan Gürcüstandan 680 ədəd minik avtomobili idxal edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.
Avtomobillərin ümumi dəyəri 16,6 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin fevral ayı ilə müqayisədə avtomobillərin sayı 223 ədəd azalıb.
Hesabat ayında Gürcüstandan ümumi dəyəri 285,1 milyon ABŞ dolları olan 12 238 ədəd avtomobil təkrar ixraca yönəldilib. Qonşu ölkənin avtomobil ixracının 5,56%-i Azərbaycanın payına düşüb.