
BAKI, 19 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi idxalının 8.4 faizini - 347 milyon 400.76 min dollarını fiziki şəxslər reallaşdırıb.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,8 milyon dollar və ya 20 faiz çoxdur.
Fiziki şəxslər 2024-cü ilin yanvar-fevral aylarında 289 milyon 586,68 min dollar dəyərində məhsul idxal etmişdi.