BAKI, 19 mart. TELEQRAF

"2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın əsas prioritet istiqamətləri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tədbirlər planında əksini tapıb.

Strategiya çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyata keçiriləcək:

Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi;

Süni intellektin inkişafı üçün milli prioritet sektorların və sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi;

Süni intellekt üzrə sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi;

Məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın yaradılması;

Süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi;

Süni intellekt üzrə standartlaşdırmanın tətbiq edilməsi;

Süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəli istifadəni təmin etmək üçün kənd təsərrüfatı, səhiyyə, nəqliyyat,

Təhsil və digər prioritet sektorların müəyyən edilməsi;