
BAKI, 19 mart. TELEQRAF
Qızıl rekord səviyyədə bahalaşmağa davam edir.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0,16% artaraq 3,045.52 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,28% azalaraq 34.720 ABŞ dolları təşkil edib.