BAKI, 18 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına reallaşdırılan layihələrin 99,6%-i, kredit məbləğinin isə 65,8%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.

Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.

Hesabat dövründə kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 97,4% mikro, 1,3% kiçik, 0,9% orta sahibkarlıq subyektlərinin payına düşüb.

Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 55,9%, kiçik sahibkarlıq subyektlərinin payı 4,8%, orta sahibkarlıq subyektlərinin payı isə 5,1% təşkil edib.

Xatırladaq ki, cari ilin ilk iki ayında Fond tərəfindən 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.