
BAKI, 18 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan Avropa İttifaqı ölkələrinə 3 milyard 556 milyon 892.07 min dollar, MDB ölkələrinə isə 231 milyon 442.32 min dollar dəyərində məhsul ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Avropa İttifaqı ölkələri üzrə ixrac ümumi ixracın 74,62%-ni təşkil edib.
Azərbaycandan 2 milyard 204 milyon 913.28 min dollar dəyərində məhsul idxal etməklə bu siyahıda ilk beşliyə İtaliya liderlik edib. İtaliyaya ixrac ümumi ixracın 46,26%-ni təşkil edib.
İtaliyadan sonra Azərbaycandan Almaniyaya 284 milyon 927.66 min dollar, Çexiyaya 224 milyon 503.33 min dollar, Xorvatiyaya 188 milyon 199.24 min dollar, Rumıniya isə 166 milyon 747.57 min dollar dəyərində məhsul idxal edib.
MDB ölkələri üzrə ixrac isəümumi ixracın 4,86%-ni təşkil edib.
Azərbaycandan 150 milyon 868.24 min dollar dəyərində məhsul idxal etməklə Rusiya siyahıda yer alan ilk beş ölkə arasında birinci sırada qərarlaşıb. Rusiyaya ixrac ümumi ixracın 3,17%-ni təşkil edib.
Rusiyadan sonra Ukrayna 43 milyon 072.70 min dollar, Qazaxıstan 12 milyon 154.31 min dollar, Belarus 10 milyon 726.10 min dollar, Özbəkistan isə 5 milyon 473.28 min dollar dəyərində məhsul idxal edib.