
BAKI, 18 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında taksi xidmətlərindən 11 milyon 816,7 min sərnişin istifadə edib.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb.
Qeyd edək ki, ötən il taksidən istifadə edənlərin sayı 90 milyon 828,9 min nəfər olub.
Qeyd edək ki, taksidən istifadə edənlərin sayının azalmasının əsas səbəbi qiymət amili ilə bağlıdır. Son bir ildə qiymətlərdə ciddi artım var. Bir il əvvəl taksi ilə bir gedişin qiyməti orta hesabla 5,55 manat olduğu halda hazırda 6,6 manat təşkil edir.