
BAKI, 19 mart. TELEQRAF
Türkiyə siyasətində baş verən proseslər lirənin avro və dollar qarşısından ucuzlaşmasına səbəb olub.
Teleqraf xəbər verir ki, günə 41 lirədən başlayan avronun məzənnəsi 43,49 lirəyə yüksəlib. Beləliklə, Avropa valyutası lirəyə qarşı 8,21% möhkəmlənib.
11:36
Valyuta bazarlarında "avro/lirə" məzənnəsi bu gün 40,24 səviyyəsini keçərək tarixi rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, bu, türk lirəsinin avroya qarşı rekord dəyər itkisidir. Eyni zamanda dollar/TL məzənnəsi də 36,79 səviyyəsinə yaxınlaşsa da, hələ bu rekordu keçə bilməyib. Avro/dollar cütlüyü isə 1,09 səviyyəsində sabit qalıb.
Qeyd edək ki, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi, eləcə də qlobal maliyyə bazarlarında investorların ABŞ Federal Ehtiyat Sisteminin növbəti faiz qərarını gözləməsi lirənin məzənnəsində volatilliyi artırıb.