
BAKI, 19 mart. TELEQRAF
AFFA-nın keçirdiyi üç liqada "lipa" aşkarlanıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Region Liqasında Saatlının "Ümid" komandası ilə ev oyununda "Ərgünəş" (Füzuli) komandasının heyətində lisenziyası olmayan futbolçular meydana çıxıb.
U-12 Liqasında "Gənclər" PFM ilə ev oyununda "Qartal" komandasının heyətində lisenziyası olmayan futbolçu aşkarlanıb.
U-13 Qızlar Liqasında isə "Xan Lənkəran" "Sumqayıt"la ev oyununda protokolda adı olmayan futbolçu oynadıb.
AFFA İntizam Komitəsi "Ümid" və "Qartal"a 0:3 hesablı texniki məğlubiyyət verib. "Xan Lənkəran" isə "Sumqayıt"a 0:14 hesabı ilə uduzduğu üçün nəticə olduğu kimi saxlanılıb.