BAKI, 19 mart. TELEQRAF

Türkiyə siyasətində baş verən proseslərdən sonra türk lirəsi valyutalar qarşısında kəskin ucuzlaşıb. Avro/TL yeni rekord səviyyəsini sınaqdan keçirib. Dollar lirə qarşısında 11 faizdən çox bahalaşaraq 41 lirəyə çatıb.

Teleqraf xəbər verir ki, sessiyanın sonrakı mərhələsində dollar/TL 39 səviyyəsindən aşağı düşüb.

Qeyd edək ki, dolların lirə qarşısında bahalaşmasından sonra qızılın qramı 4 min lirəyə yüksəlib. Volatilliyin səngiməsi ilə qızıl 3800 lirədə sabitləşib.