BAKI, 19 mart. TELEQRAF

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Atakişi Qəhrəman oğlu Atayev dəfn edilib.

Teleqraf xəbər verir ki, onun nəşi Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları və ictimaiyət nümayəndələri iştirak edib.

***

12:06

Bu gün Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Atakişi Qəhrəman oğlu Atayevin dəfn mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, onun nəşi Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd ki, 2 fevral 1960-cı il təvəllüdlü Atakişi Atayev 1992-ci il iyunun 27-də Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüşdü.