BAKI, 18 mart. TELEQRAF

"Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti" Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin ikinci mərhələsi üçün açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 9 milyon 720 min 455 manatdır.

Tenderdə iştirak haqqı 1500 AZN-dir.

Təkliflərin son təqdimolunma tarixi aprelin 25-dir. Zərflər də həmin gün açılacaq.

Qeyd edək ki, xəstəxananın tikintisinin birinci mərhələsi 2023-cü ildə “Pro Construction Company” MMC tərəfindən 4.4 milyon manata həyata keçirilmişdi.