​​​BAKI, 19 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında 1540,6 ton çay istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faiz azdır.

2024-cü ilin yanvar-fevral aylarında 1967,2 ton çay istehsal edilmişdi.

Hazır məhsul ehtiyatı da azalıb. Belə ki, bu il martın 1-nə ötən ilin uyğun dövrü ilə müqayisədə hazır məhsul ehtiyatı 35,3 ton azalaraq 52,3 ton olub.