
BAKI, 19 mart. TELEQRAF
"Anamın vəfatından 11 il ötüb. Övladının yolunu illərlə gözləsə də, arzusu ürəyində qaldı".
Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şəhid Atakişi Atayevin bacısı Şəlalə Atayeva deyib.
O bildirib ki, anası Atakişinin yoxluğuna dözə bilmirdi:
"Anam son illərində deyrdi ki, bala, mən gedirəm, daha dözə bilmirəm. Qardaşımın nəşi tapılanda anamın məzarı üzərinə gedib, ona xəbər etdik".
Qardaşı ilə bağlı xatirələrini danışan Şəlalə Atayeva deyib: "Atakişi insanpərvər idi. Şəhidlərimiz sanki hamısı seçilmişlərdir. Atakişi də çox gözəl, insanpərvər, hər kəsə ürəyi yanan idi. Hamıya kömək edirdi. Döyüş başlayanda dedi ki, mən mütləq getməliyəm, ana, bacımı qorumalıyam, evdə otura bilmərəm".