BAKI, 18 mart. TELEQRAF

Naxçıvanda yeni nəsil NKA-lar (nəzarət-kassa aparatları) vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu ilin yanvar-fevral ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 64,6 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

Eyni zamanda, Naxçıvanda “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. Belə ki, indiyədək MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-fevral aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 242,2 min manat olub.