
BAKI, 19 mart. TELEQRAF
ABŞ xüsusi xidmət orqanları Prezident Donald Trampın Ukraynadakı münaqişəni həll etmək üçün apardığı səylər çərçivəsində Rusiyaya qarşı aparılan bir sıra əks-kəşfiyyat əməliyyatlarını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ təhlükəsizlik xidməti ilə bağlı mənbələrə istinadən xəbər yayıb.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefonla danışıb. Onlar iki ölkə arasındakı münasibətlər və Ukrayna məsələsi ilə bağlı bəzi razılaşmalara gəliblər.