BAKI, 18 mart. TELEQRAF

"Baklift - 2" İxtisaslaşdirilmiş İstehsalat İdarəsi lift ehtiyat hissələrinin alınması ilə əlaqədar açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 405 min 920 manatdır.

Tenderdə iştirak haqqı 350 AZN təşkil edir.

Təkliflətin son təqdimolunma tarixi isə aprelin 21-dir.

Qeyd edək ki, "Baklift-2" İxtisaslaşdirilmiş İstehsalat İdarəsi bundan əvvəl lift ehtiyat hissələrinin alınmasına, ümumilikdə, 625 min 280 manat pul xərcləyib.