
BAKI, 19 mart. TELEQRAF
AFFA U-13 Liqasında çıxış edən "Uğur" klubu çempionatdan kənarlaşdırılıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
"Uğur" evdə keçirilməli olduğu "Qala" (Bərdə) ilə oyuna təyin edilən vaxtda gəlməyib. Mingəçevir təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu hal 3-cü dəfə təkrarlandığı üçün "Uğur" U-13 Liqasından kənarlaşdırılıb.