
BAKI, 18 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında yerli qeyri-neft məhsulları daha çox Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukraynaya ixrac edilib.
Dövlət Gömrük Xidmətindən Teleqraf-a verilən məlumata görə, ötən iki ayda Rusiyaya 150 794.63 min ABŞ dolları dəyərində qeyri-neft məhsulu göndərilib. Bu da ümumi ixracın 31,09 fazini təşkil edib.
Bundan əlavə, Türkiyəyə 82 803.13 min ABŞ dolları, Gürcüstana 52 949.94 min ABŞ dolları, İsveçrəyə 43 622.34 min ABŞ dolları, Ukraynaya isə 41 182.82 min ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.
Qeyd edək ki, dövr ərzində ümumilikdə, qeyri-neft məhsullarının ixrac dəyəri 484 994.67 min dollar təşkil edib.