BAKI, 18 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında 296,3 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə gedib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azdır.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiyaya gedənlərin sayı isə 27,7 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiyaya, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.