BAKI, 18 mart. TELEQRAF

Qızılın qiyməti bir həftə ərzində ikinci dəfə 3000 dollarlıq həddi aşaraq rekord səviyyəyə yüksəlib.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, ​Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0,39% artaraq 3,017.97 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,60% artaraq 34.515 ABŞ dolları təşkil edib.